Biz işə kiçik çəlləklərdə yuyucu vasitələr istehsal etməklə başlamışıq. Bu sektordakı çətinlikləri, problemləri görərək və öyrənərək addımlamışıq. Bu gördüklərimiz bizi vadar edib ki, daima daha yaxşı olmağa, daha intizamlı işləməyə çalışaq. Seçim alternativləri keyfiyyətsiz xammallar arasında sıxışıb qalmış kiçik istehsalçıların problemlərini həll etmək, onları daha keyfiyyətli, lakin uyğun qiymətə olan xammallarla təmin etməyə çalışarkən, xəbərimiz olmadan bu yerlərə gəlib çatmışıq. Bu gün artıq 10-dan çox ölkədən mütəmadi olaraq xammallar idxal etməkdə, ölkəmizin təkcə kiçik istehsalçıları ilə yox, artıq böyük oyunçuları ilə də əməkdaşlıq etməyə başlamışıq.
Qarşılıqlı faydalanma və uzunmüddətli əməkdaşlığı prioritet olaraq görən xidmət anlayışımızla daima xidmətinizdəyik!
Şirkətimiz, geniş çeşidli və yüksək keyfiyyətli kimyəvi xammalların satışı ilə Azərbaycanda və xaricdə müştərilərimizin ehtiyaclarını qarşılayır.
İri həcmdə kimyəvi xammal sifariş edən müştərilərimiz üçün anbara çatdırılma xidmətini təqdim edirik.
Şirkətimiz kiçik yerli istehsalçıların qarşılaşdığı çətinlikləri aradan qaldırmaq və onlara dəstək üçün fəaliyyətini bu istiqamətdə qurmuşdur.
Problemlərdən narahat olmağı bitirin. İşinizə adaptasiya olun və sizə layiq olan dəstəyi əldə edin.